CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metronun təmirə bağlanan stansiyası açılır

© Sputnik / Murad OrujovBakı Metropoliteni
Bakı Metropoliteni - Sputnik Azərbaycan
Abunə olmaq
"Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanıb

BAKI, 14 dek — Sputnik. Təmir-bərpa işlərinin aparılması məqsədilə bağlanan "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu sabahdan açılacaq. "Bakı Metropoliteni"nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, təmir-bərpa işlərinin aparılması məqsədilə birinci yol, təxminən 2 həftəlik bağlansa da, işlər tez yekunlaşıb. Dekabrın 15-də bu yol yenidən istifadəyə veriləcək.

Xatırladaq ki, dekabrın 7-dən etibarən "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanıb. Təmir-bərpa işlərinin, təxminən iki həftə davam etməsi planlaşdırılır. Adıçəkilən stansiyaya gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə etməli idilər.

Xəbər lenti
0