Ərdoğandan şok qərar: səfərbərlik elan edildi

© Photo : AA/Murat ChetinmuhurdarTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti ölkə konstitusiyasının 104-cü maddəsinə söykənərək terror qruplarına qarşı milli səfərbərlik elan edib

BAKI, 14 dek — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, prezidentlik iqamətgahında 32-ci Muxtarlar Yığıncağında vacib açıqlamalar verib. Sputnik xəbər verir ki, Ərdoğan ölkə konstitusiyasının 104-cü maddəsinə söykənərək terror qruplarına qarşı milli səfərbərlik elan etdiyini bildirib.

"Konstitusiyamızın 104-cü maddəsinə söykənərək, Türkiyə Respublikasının prezidenti olaraq, PKK, İŞİD, FETO, DHKP-C və bənzər terror qruplarına qarşı milli səfərbərlik elan edirəm", — Ərdoğan qeyd edib.

Xəbər lenti
0