BAKI, 14 dek — Sputnik. Respublikada buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Sputnik-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.
Nazir bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur. F. Məmmədov onu da qeyd edib ki, Azərbaycanda quş ətinin satışı da 3 il müddətinə ƏDV-dən azad ediləcək.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı 1 il müddətinə ƏDV-dən azad edilmişdi.