BAKI, 14 dek — Sputnik. ABŞ Federal Ehtiyat Sisteminin (FED) Direktorlar Şurası, 2016-cı ildə ilk dəfə olaraq baza faiz dərəcəsini 0,25-0,5-dən 0,5-0,75 faizədək artırmaq barədə qərar qəbul edib. Sputnik xəbər verir ki, bu qərar, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclasının yekununda qəbul edilib.
FED-in bu qərarı dolların daha da möhkəmlənəcəyi deməkdir. Mütəxəssislərə görə, bu faiz artımı manatın vəziyyətini daha da ağırlaşdıracaq.
Xatırladaq ki, FED sonuncu dəfə faiz dərəcəsini 2015-ci ilin dekabrında artırmışdı.