BAKI, 13 dek — Sputnik. Bir zamanlar Qalatasarayın da formasını geyən dünyaca məşhur futbolçu Didier Droqba İstanbuldakı terror aktı ilə bağlı sosial səhifəsindən duyğusal foto və yazı paylaşıb. 38 yaşlı ulduz futbolçu əsgər salamı verərkən çəkdirdiyi şəkili alt-yazısı ilə birgə İnstagram hesabında paylaşıb.
Sputnik milliyet-ə istinadən xəbər verir ki, Drogba fotosunun altında bu ifadələrə yer verib: "Nə bölə, nə də ayıra bilərsiniz. Türkiyə birlikdə gözəldir".
Qeyd edək ki, D. Droqba hazırda ABŞ-ın Montreal Impact futbol klubunda oynayır.