BAKI, 13 dek — Sputnik. İtaliyada baş nazir Matteo Renzinin istefasından sonra, yeni hökuməti qurmaq tapşırılan, keçmiş xarici işlər naziri Paolo Gentiloni, hökumətdə təmsil olunacaq nazirlərin siyahısını prezident Sergio Mattarellaya təqdim edib. Sputnik xəbər verir ki, 20 nəfərlik siyahıda M.Renzi hökumətində təmsil olunanlardan bir çoxunun da adı var.
Qeyd edək ki, xarici işlər naziri vəzifəsinə Angelino Alfano, iqtisadiyyat naziri vəzifəsinə isə Pier Karlo Padoan gətirilib.