BAKI, 13 dek — Sputnik. Prezident İlham Əliyevin İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar.
Azərbaycan Prezidenti və İsrailin Baş naziri birgə foto çəkdiriblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.