Netanyahunun Bakı səfərindən gözləntilər

© faktxeber.comBenyamin Netanyahu
Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan-İsrail münasibətlərində hərbi-texniki sahədə böyük layihələrin həyata keçirilməsi investisiya əməkdaşlığının genişləndirilməsi planlarını tamamlayır

14 dekabr saat 12:00-da "Cənubi Qafqaz" politoloqlar klubunun, "İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin yekunları"na həsr olunmuş 48-ci iclası olacaq.

Son aylarda Azərbaycan-İsrail münasibətləri nəzəçarpacaq dərəcədə intensivləşib. Hərbi-texniki sahədə böyük layihələrin həyata keçirilməsi investisiya əməkdaşlığının genişləndirilməsi planlarını tamamlayır.

İkitərəfli münasibətlərin gündəliyində əsas yerlərdən birini terrorizmlə mübarizə tutur. İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri hansı praktiki nəticələrin əldə olunmasına səbəb olacaq və regional mövzulara necə təsir edəcək? Politoloqlar iclasda bu barədə danışacaqlar.

Tədbirdə Baku Network ekspert şurasının sədri Elxan Ələsgərov, politoloqlar Arzu Nağıyev, İlqar Vəlizadə (moderator), "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının nümayəndəsi Vahid Bayramov, həmçinin rusiyalı ekspert Pavel Klaçkov iştirak edəcək.

Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

Xəbər lenti
0