Prezident: Hakimiyyətin ictimai rəydən qorxması gözəldir

© Sputnik / Алексей Дружинин / Mediabanka keçidАлмазбек Атамбаев
Алмазбек Атамбаев - Sputnik Azərbaycan
Abunə olmaq
Almazbəy Atambəyov: Bizim ən böyük nailiyyətimiz güclü vətəndaş cəmiyyətidir.

Almazbəy Atambəyov: Hər bir vətəndaş ölkədəki vəziyyətin inkişafına təsir edə bilər
Prezident Almazbəy Atambəyov deyir ki, Qırğızıstanda güclü vətəndaş cəmiyyəti formalaşıb: “Hər kəs ölkənin inkişafına öz tövhəsini verə bilər. Məsələn, bir tələbə “Tukurbo!” (Tüpürməyin!) kampaniyasını keçirirdi. Kampaniya çox böyük uğur qazandı. Digər gənclər isə sosial şəbəkələrdə günəbaxan tumlarını təmizləyib qabığını hara gəldi atmağa qarşı kampaniya keçirdilər və bunun da qarşısı alındı”.

“Hər birimiz, xüsusən də gənclər, ölkədəki vəziyyətin inkişafına təsir edə bilər. İndi heç bir məmur imkan verməz ki, köməkçisi onun çətirini gəzdirsin. Bizim ən böyük nailiyyətimiz isə güclü vətəndaş cəmiyyətidir. Hakimiyyətin cəmiyyəti dinləməsi və onun fikrindən qorxması isə mükəmməldir”, — deyə o bildirib.

Xəbər lenti
0