BAKI, 12 dek — Sputnik. 1905-ci il dekabrın 12-də İranda inqilab başlanıb. Rusiyadakı 1905-ci il inqilabının təsiri altında başlayan və tarixə Məşrutə (Konstitusiya) inqilabı adı ilə düşən hadisələr tədricən (1908-ci ildən) Cənubi Azərbaycanda milli hərəkata çevrilib.
Milliyətcə azərbaycanlı olan Səttərxanın başçılıq etdiyi inqilab 1911-ci ilin dekabrında Rusiyanın İran rejiminə köməyi ilə yatırılıb. Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutublar.
1905-1911 illər İran Məşuitə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynayıb. İnqilabın əsas rəhbərlərindən türk mənşəli Səttarxan və Bağırxanı qeyd etmək yerinə düşər. Nəticələr isə azərbaycanlılar üçün ağır olub. Belə ki, bu inqilab İranda hakimiyyətdə olan türk mənşəli Qacar sülaləsinin dayaqlarını laxladıb və fars mənşəli Pəhləvilərin hakimiyyəti ələ keçirməsinə imkan yaradıb.