ELM

Başqa planetə köçürük

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidAy, arxiv şəkli
Ay, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün mövcud olan kosmik gəmilər texniki səbəblərdən super sürəti əldə edə bilməyiblər

BAKI, 12 dek-Sputnik. Məşhur fizik Stiven Hokinq NASA-nın mütəxəssisləri ilə birlikdə Alfa Tsentavra uçmaq üçün StarChip kosmik gəmisi üzərində işləyir. Qeyd edək ki, bu gün mövcud olan kosmik gəmilər texniki səbəblərdən super sürəti əldə edə bilməyiblər. Lakin Hokinq və NASA mütəxəssisləri miniatür ölçülərdə kosmik aparat düzəltməyə çalışırlar.

Ağ ayı, arxiv şəkli - Sputnik Azərbaycan
Onlar 35 ildən sonra planetimizi tərk edəcəklər

Bu aparatın sürətlərini saatda 150 mln kilometrə (1/5 işıq ili) çatdırmağı düşünürlər. Həmin sürətlə bu aparat sözügedən ekzoplanetə 20 ilə çatacaq. Hələlik bu, yalnız plandır, onu həyata keçirmək üçünsə, onlar ciddi işləməli, çoxlu vaxt və güc sərf etməlidirlər. 

Əvvəlcə, yaradıcılar Günəş sistemindən kənarda uçmağa dözümlü olan texnologiya üzərində işləməlidirlər. Daha sonra Hokinq və onun NASA alimlərindən ibarət komandası əvvəlcə bu ulduza uçacaq qurğunun marşrutunu hazırlamalıdır ki, yüksək şüalanma zonasından keçərkən  hansısa deformasiyaya uğramasın. 

Bundan başqa, mütəxəssislər bütün gəmilərdə mövcud olan mühafizə ekranı ilə təchiz edilməlidir. Bununla yanaşı, Alfa Tsentavra çatmaq üçün həmin cihaza özü-özünü avtonom rejimdə təmir edən silikon çip tələb olunur.

Buzların əriməsi - Sputnik Azərbaycan
Planetimizin aqibətini əks etdirən tükürpədici video yayıldı

Bir müddət əvvəl Sputnik xəbər vermişdi ki, alimlər Günəşin yaxınlığında Yer tipli planet aşkarlayıblar. Proksima B ekzoplaneti Tsentavr ulduz bürcündə, "qırmızı cırtdan" Proksimanın (Alfa Tsentavr) ətrafında fırlanır. Bizim planetin prototipi Günəşin ətrafında 11,2 günə tam dövr edir və Yerdən 4,3 işıq ili (40 trln km) məsafədə yerləşir.

Proksima Yerə yaxınlaşarkən Tsentavr ulduzunun hərəkət sürəti artır. Amma Proksima B-nin hərəkəti zəifləyəndə, ulduz da öz fəallığını azaldır. Proksima B bizim planetdən 1,3 dəfəyə qədər böyükdür və onun peyki Yerə nisbətən Günəşə 20 dəfə yaxınlıqda yerləşir.

Qranada Pedro Amado Astrofizika İnstitutunun tədqiqatçılarının sözlərinə görə, Proksima B indiyə qədər məlum olan 3,5 min ekzoplanet içərisində Yerə ən yaxın olanıdır. Ona görə də, bu planetdə həyat şərtlərinin yüksək olma şansı çoxdur.

Xəbər lenti
0