Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ən böyük hərbi büdcəsi olan ölkələrin adları açıqlandı-siyahı

© Sputnik / Murad OrujovВторая Азербайджанская международная Оборонная Выставка ADEX 2016
Вторая Азербайджанская международная Оборонная Выставка ADEX 2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya 1990-cı ildən sonra ilk dəfədir ki, ən böyük hərbi büdcəsi olan 5 ölkənin siyahısına düşməyib

BAKI, 12 dek-Sputnik. Rusiya 1990-cı ildən sonra ilk dəfədir ki, ən böyük müdafiə xərcləri olan beş ölkənin siyahısına düşməyib.

Sputnik-in məlumatına görə, bu barədə Financial Times "Jane`s Defence Budgets"-in illik hesabatına istinadla xəbər verib.

Nəşrin məlumatına görə, hərbi sənayesini modernləşdirən Hindistan Səudiyyə Ərəbistanı və Rusiyanı qabaqlamağı bacararaq reytinqdə 4-cü yeri tutub. Cari ildə bu Cənubi Asiya ölkəsinin müdafiə büdcəsi 50,7 milyard dolar təşkil edib. Rusiya isə eyni vaxtda müdafiə xərclərinə 48,5 milyard dollar xərcləyib. İkinci və üçüncü yerləri Çin və Böyük Britaniya tutub.

ABŞ prezidenti Barak Obama Vyetnamın dövlət başçısı Çıonq Tan Şanq ilə birgə mətbuat konfransı zamanı - Sputnik Azərbaycan
ABŞ bu ölkəyə silah embarqosunu qaldırdı
Birinci yeri tutan ABŞ-ın müdafiə xərcləri 622 milyard dollar olub. ABŞ büdcəsini ixtisar edib. Eyni zamanda son 6 ildə Qərbi Avropa ölkələri də müdafiə xərclərini xeyli azaldıblar. Hesabatda bildirilir ki, Rusiya 1990-cı ildən bu yana digər ölkələrlə müqayisədə müdafiə xərclərini azaldıb. 

"2016-cı ildə müdafiəyə ayrılan xərclər normal göstəricilərə qayıdıb. Son onilliklərdə müdafiəyə böyük xərclər sərf olunurdu. Onlar 2018-ci ilə qədər böhranaqədərki səviyyədən çıxmalıdırlar" — deyə sözügedən hesabat üzərində işləyən analitik Fenell Makcerti bildirib.

NATO hərbi blokunun büdcəsi də bu il artıb. Bu, 2010-cu ildən başlayaraq İŞİD terror təşkilatı və Moskvanın siyasəti ilə əlaqədar olaraq terror təhlükəsinin artması ilə əlaqədardır.

Makcertinin fikrincə, alyansın digər ölkələrinin xərcləri qarşıdakı bir neçə il ərzində artacaq.

"NATO-ya daxil olmayan ölkələrin xərclərinin daxil olan ölkələrin xərclərini ötdüyü an 3 il də — yəni, 2023-cü ilə qədər ertələnib." — deyə ekspert bildirib.

Hesabata görə, bu il dünyada ümumilikdə müdafiəyə ayrılan xərclərin büdcəsi 1% artıb və bu artım 1,6 milyard dollar təşkil edib.

Ekspertin fikrincə, 2018-ci ildə ən böyük hərbi büdcəsi olan 5 ölkənin sırası belə olacaq: ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Səudiyyə Ərəbistanı. Rusiyanın illik itkiləri 41,1 milyard dollara çatdığından, bu proqnoza görə, o, 2018-ci ildə 7-ci yerdə qərarlaşacaq.

Sözügedən sahədə Çinin xərcləri 2020-ci ildə iki dəfə artacaq və 223 milyarda çatacaq. Bu isə bütün Qərbi Avropa ölkələrinin hərbi büdcəsindən çoxdur. 

Xəbər lenti
0