Bu gün Ermənistanın iki PUA-sı məhv edilib

Xəbərlərə abunə olun
Yandex newsTelegram
Bu gün axşam saatlarında Talış kəndi üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparat vurulub.

BAKI, 12 dek-Sputnik. Bu gün axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı (PUA) vurulub.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Qeyd edək ki, bu, gün ərzində silahlı qüvvələrimiz tərəfindən vurulan ikinci düşmən PUA-sıdır.

Bu gün cəbhənin Füzuli rayonu istiqamətində də Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan PUA-sı vurulub.

Xəbər lenti
0