BAKI, 11 dek — Sputnik. Bu gün Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) yerli vaxtla saat 20.99-da (Bakı vaxtı ilə 18.00) başa çatıb.
RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
İndiyə qədər səslərin 38,15 faizi sayılıb, seçicilərin 79,7 faizinin Konstitusiyaya düzəlişlərin lehinə, 15,2 faizinin əleyhinə səs verdiyi məlum olub.