BAKI, 11 dek — Sputnik. Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) keçirilir. Səsvermə məntəqələri yerli vaxtla saat 8.00-da açılıb.
Sputnik Qırğızıstanın verdiyi məlumata görə, ölkə qanunlarına əsasən seçki hüququ olan vətəndaşların 30 faizindən çoxu səs verdikdə referendum baş tutmuş sayılır.
Milli Məclisinin deputatı Musa Quliyev referendumun gedişini MDB və TürkPA missiyası tərkibində izləyir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qabil Orucov, Elşən Əskərov, Arifə Muxtarova və Kəmalə Əliyeva da müşahidəçilər arasındadır.
Xatırladaq ki, Qırğızıstan müstəqilik əldə etdikdən sonra Konstitusiyaya indiyədək yeddi dəfə düzəliş olunub.