BAKI, 11 dek — Sputnik. İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 38 nəfərə çatıb.
Sputnik-in məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Soylu deyib ki, şəhid olanlardan 30-u polis əməkdaşıdır.
Nazir qeyd edib ki, hazırda xəstəxanalarda 155 yaralı var, onlardan 14-nün vəziyyəti ağırdır.
Soylu hazırda 13 nəfərin şübhəli şəxs qismində saxlanıldığını da vurğulayıb: “İndiyə qədərki araşdırmalar hadisəni PKK terror təşkilatının törətdiyini göstərir”.