İŞİD Palmiranı son iki gündə ikinci dəfə ələ keçirib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidPalmira, arxiv şəkli
Palmira, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçular qısa müddət ərzində Rakka və Deyr-əz-Zordan 4 min nəfər silahlını cəlb edərək şəhərə əks-hücuma keçiblər. Hücumda terrorçular tanklardan istifadə ediblər.

BAKI, 11 dek — Sputnik. İŞİD terrorçuları bir neçə saat əvvəl üzərində nəzarəti itirdikləri Palmira şəhərini yenidən ələ keçiriblər. Bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat verib.

Onlar qısa müddət ərzində Rakka və Deyr-əz-Zordan 4 min nəfər silahlını cəlb edərək şəhərə əks-hücuma keçiblər. Hücumda terrorçular tanklardan istifadə ediblər.

Məğlubiyyəti Suriya rəsmiləri də etiraf ediblər.

Xatlrladaq ki, gündüz saatlarında Suriya-Rusiya birgə qüvvələri 300 nəfər silahlını məhv edərək şəhəri terrorçulardan azad etmişdilər.

İŞİD-in martda itirdiyi şəhərə gözlənilməz həmləsi dünən başlayıb.

Xəbər lenti
0