Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiymətinə həlledici təsir göstərəcək razılaşma əldə olundu

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidNeft nasosu, arxiv şəkli
Neft nasosu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avstriya paytaxtında neft qiymətlərinin gələcəyinə mühüm təsir göstərəcək razılaşma əldə olunub.

BAKI, 10 dek — Sputnik. OPEC-ə daxil olmayan 12 ölkə Vyanada neft hasilatçılarının görüşündə hasilatı gündə ümumilikdə 612 min barrel azaltmaq barədə qərar qəbul olunub. Bu barədə RİA Novosti Nigeriya neft nazirliyinə istinadən məlumat verir.

Məlumata əsasən, hasilatı daha çox Rusiya azaltmağa razı olub — 300 min barrel. İkinci yerdə Meksika (100 min barrel), üçüncü yerdə isə Qazaxıstan (50 min barrel) gəlir. Oman hasilatı 45 min barrel azaltmağa razılaşıb. 

Azərbaycan və Malayziya gündəlik hasilatı hərəyə 35 min barrel azaltmaq barədə razılaşıblar.

Maraqlıdır ki, Reyter agentliyi gündəlik hasilatın 550 min barrel azaldlacağını xəbər verib. Bloomberg isə Qazaxıstanın hasilatı sutkalıq 20 min barrel azaldacağını bildirib.

Xəbər lenti
0