BAKI, 10 dek — Sputnik. Məşhur italyan müğənnisi Al Bano iki dəfə infarkt keçirdikdən sonra əməliyyat olunub.
RİA Novosti xəbər verir ki, məşhur müğənni cümə günü axşam saatlarında Romada Yeni il konsertinin məşqi zamanı özünü pis hiss edib.
Saat 18 radələrində ilk infarkt olub, ardınca ikincisi baş verib. Al Bano dərhal xəstəxanaya çatıdırılıb və şənbəyə keçən gecə əməliyyat olunub.
Hazırda müğənni özünü yaxşı hiss edir.