Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan
Heydər Əliyev ili

Dövlət Yol Polisindən əhaliyə xəbərdarlıq

© Sputnik / Murad OrujovYol polisi
Yol polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyevin anım günündə Bakıda hərəkət məhdudlaşdırılacaq

BAKI, 10 dek-Sputnik. Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Bakı şəhərində bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Sputnik-ə Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək, Parlament prospekti — Fəxri Xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq və hərəkət istiqaməti dəyişdiriləcək.

Vaqif Əsədov sürücülərdən və avtomobil sahiblərindən xahiş edib ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.

Xəbər lenti
0