BAKI, 10 dek-Sputnik. Aparılan araşdırmalar nəticəsində balıqların ən qiymətli hissəsi müəyyən edilib.
Sputnik Milliyet-ə istinadən xəbər verir ki, yapon alimləri apardıqları araşdırmalar nəticəsində müəyyən ediblər ki, balığın ən qiymətli hissəsi onun pulcuqlarıdır.
Belə ki, balığın pulcuqlarında çoxlu kalsium və fosfat var. Bu minerallar isə insan orqanizmi üçün həyati vacib əhəmiyyət daşıyır. Onları balığın pulcuqları ilə birlikdə qəbul edə bilərsiz.