BAKI, 9 dek — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın Hələb şəhəri ilə bağlı problemi həll etmək üçün, Türkiyə ilə həyata keçirdikləri müştərək fəaliyyətin, ABŞ-la olan müştərək fəaliyyətdən daha səmərəli olacağını düşündüklərini deyib.
Sputnik xəbər verir ki, Almaniyanın Hamburg şəhərində keçirdiyi mətbuat konfransında Lavrov deyib: "Türklərlə ortaq məxrəcə gəlməyə başlayırıq. Bəlkə də bu əməkdaşlıq kanalı, amerikalılarla olan əməkdaşlıq kanalından daha səmərəli ola bilər".
Lavrov ABŞ-ın Hələbin şərq hissəsindəki silahlı qruplara təsir edib-etməyəcəyi ilə bağlı şübhələrini də dilə gətirib: "Bölgədəki bəzi ölkələrin bu qruplar üzərində təsirinin olduğunu bilirik. Türkiyə də daxil olmaqla, bu ölkələrin hər biri ilə işləyirik".
"Digər tərəfdən, ABŞ-la Hələb mövzusunda ortaq məxrəcə gəlmək üçün hələ də yaxşı şanslarımız var. Vaşinqton hər iki ölkədən olan mütəxəssislərin texniki xarakterli müzakirələr üçün Cenevrədə görüşməsi ilə bağlı fikrini hələ də dəyişməyib. Moskova və Vaşinqton, silahlı qrupların Hələbin şərq hissəsindən çıxarılması üçün razılığa gəlməyə çalışır", — Lavrov vurğulayıb.