Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov türklərin səbrsizliklə gözlədiyi açıqlamanı verdi

© REUTERS / StringerRusiyanın xarici işlər naziri Sergey Lavrov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Lavrov: "Əl Bab bölgəsində türk əsgərlərini havadan vuran Suriyanın silahlı qüvvələri idi"

BAKI, 1 dek — Sputnik. Türkiyə ilə Rusiya arasında Ortaq Strateji Planlaşdırma Qrupunun 5-ci yığıncağı üçün Antaliyada səfərdə olan, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə mətbuata qapalı görüş keçirib. Görüşdən sonra jurnalistlərə açıqlama verən nazirlər, danışıqların detalları haqda qısa məruzə ediblər.

Sputnik Milliyet-ə istinadən xəbər verir ki, Sergey Lavrov bir həftə öncə Suriyanın Əl-Bab bölgəsində türk əsgərlərinə edilən hava hücumunda Rusiyanın əli olmadığını deyib: "Rusiya olaraq, bu hadisə ilə yaxından-uzaqdan əlaqəmiz yoxdur. Həmin gün türk əsgərlərini havadan vuran Suriyanın silahlı qüvvələri idi".

Çavuşoğlu və Lavrov Suriyada, xüsusilə Hələbdə axan qanın durması və bölgəyə insani yardımların çatdırılmasında həmfikir olduqlarını, bunun üçün ciddi çalışdıqlarını bildiriblər.

Xəbər lenti
0