BAKI, 9 dek — Sputnik. Öd daşı və öd kisəsi xəstəlikləri ən çox yayılmış xəstəliklərdəndir. Bu orqanın sağlamlığını qorumaq üçün, ilk növbədə öddə durğunluq prosesinin qarşısını almaq lazımdır. Sputnik bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.
Ona görə də insan gün ərzində 4-5 dəfə olmaqla, az miqdarda qida qəbul etməlidir. Yemək qəbulu arasında uzun fasilələr öd kisəsində durğunluğa və iltihaba səbəb olur. Bu isə ödün fəaliyyətinin pozulması, daşların əmələ gəlməsi ilə nəticələnir.
Bundan əlavə, bəzi xalq təbabəti vasitələri öd kisəsində durğunluq proseslərinin qarşısını almağa yaxşı kömək edir.