CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Görün, pensiya yaşını hansı səbəbdən qaldırmaq istəyirlər

© Sputnik / Murad OrujovPensiyaçılar
Pensiyaçılar - Sputnik Azərbaycan
Abunə olmaq
Hadı Rəcəbli: "Pensiya almaq üçün, iş stajının 5 və ya 10 il artırılması o deməkdir ki, artıq pensiyaya çıxan məmurun məsuliyyəti daha çox artırılacaq"

BAKI, 9 dek — Sputnik. "Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə staj müddəti məsələsi bir təklifdir. Bununla bağlı sadəcə müzakirələr aparılır. Ona görə də bu barədə hələ ki, dəqiq söz demək tezdir".

© Photo : APAHadı Rəcəbli, Milli Məclisin Komitə sədri
Hadı Rəcəbli, Milli Məclisin Komitə sədri  - Sputnik Azərbaycan
Hadı Rəcəbli, Milli Məclisin Komitə sədri

Bunu APA-ya Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. O bildirib ki, bu ideyanın məğzi heç də pensiya sisteminin qəlizləşdirilməsi demək deyil: "Əksinə, təkmilləşdirilməsi ola bilər və burada reallıqlara, dünya təcrübəsinə istinad edilib".

"Burda söhbət nədən gedə bilər? Məsələn, dövlət qulluğundan pensiya almaq üçün, iş stajının 5 və ya 10 il artırılması o deməkdir ki, artıq pensiyaya çıxan məmurun məsuliyyəti daha çox artırılacaq. Məsuliyyəti artdıqca imtiyazı da artacaq. Bu, tək dövlət qulluğuna yox, bütün digər işləyənlərə də aiddir", — deputat vurğulayıb.

Onun sözlərinə görə, ideyanın fəlsəfəsi odur ki, artıq insanlar kütləvi şəkildə nə olur olsun, pensiyaya çıxmağa tələsmək yox, daha çox pensiya əldə etmək və daha çox imtiyaz əldə etmək üçün şans əldə etmiş olacaqlar, bunun üçün daha çox məsuliyyətli olacaqlar: "Yeni iş yerlərinin daha da çox açılması, əmək müqavilələrinin tam olaraq hər yerdə işlənməsi və sair bu kimi vətəndaşlar üçün önəmli nüanslar bu məsələdən sonra daha çox aktual olacaq. Bu təklif insanlarımızın mənafeyinə xidmət edir".

H. Rəcəbli əlavə edib ki, təkliflərdən biri də fərdi uçot məsələsi ilə bağlıdır: "Adamlar işləyəndə özlərinə pensiya ilə bağlı fərdi uçot da yaradacaqlar. Bu məsələdə paralel olaraq icra qurumlarının üzərində işlədiyi digər bir məsələ də var. Bu, əlillərlə bağlı layihədir. Bu kateqoriyadan olan vətəndaşlarımızın da pensiya alması ilə bağlı maraqlı məsələlər yer alıb".

"Hər iki layihə üzərində hələ ki icra strukturlarında məsləhətləşmələr aparılır, əlaqədar nazirliklərin rəylərini bildirəcək, ondan sonra parlamentə daxil olan zaman biz detallarını biləcəyik və açıqlanacaq. Amma bütün hallarda bunun mahiyyəti tam açıqlanmamış, süni şəkildə təşvişə düşməyə ehtiyac yoxdur", — o bildirib.

Xəbər lenti
0