BAKI, 9 dek — Sputnik. "Azəravtoyol" ASC-nin balansında olan, Bakı şəhərinin küçə və prospektlərində, həmçinin Respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
"Gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, o cümlədən Respublikanın dağlıq ərazilərindən keçən avtomobil yollarında buzlaşma qeydə alınıb. Nəticədə hərəkətdə müəyyən çətinliklər yaşanıb. Lakin ərazilərə cəlb olunmuş maşın-mexanizmlər vasitəsilə yollara duz-qum qarışı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub", — Nəcəfli bildirib.
O, qeyd edib ki, bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi, sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb.