BAKI, 9 dek — Sputnik. 1991-ci il dekabrın 9-da İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib.
Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi. Yeri gəlmişkən, dekabrın 9-u İslam Konfransı Təşkilatının yarandığı gündür.
Hazırda 60-a yaxın dövləti birləşdirən təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb. 2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı adlanır.