SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Qazaxıstan XİN rəhbərləri görüşüblər

© Sputnik / Murad OrujovAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

BAKI, 9 dek — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində, Qazaxıstan Respublikasının xarici işlər naziri Yerlan İdrisovla görüşüb. Bu barədə Sputnik-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxunublar.

Tərəflər, həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0