BAKI, 9 dek — Sputnik. Almaniyada qeyri-insani rəftarı əks etdirən hadisənin videogörüntüsü ortaya çıxıb. Bir nəfər naməlum şəxs pilləkənlərdən aşağı enən gənc qadının kürəyinə arxadan təpik vuraraq onu yerə yıxır. Nalayiq hərəkəti edən şəxs, daha sonra heç nə olmamış kimi davranaraq oradan uzaqlaşır.
26 yaşı olduğu bildirilən alman qadın xəstəxanaya aparılıb. Onun vəziyyətinin normal olduğu açıqlanıb. Sputnik Mynet.com-a istinadən həmin video görüntünü təqdim edir.