Tofiq Abbasov: Heydər Camalın ölümü Azərbaycan üçün böyük itkidir

© Sputnik / Murad OrujovPolitoloq Tofiq Abbasov
Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: Onun kimi ikinci belə insan olmayacaq

Tofiq Abbasov: Onun oğlu ilə polemikaya girməsi mənim xoşuma gəlirdi
Bir neçə həftə əvvəl səhhəti pisləşən Rusiya İslam Komitəsinin sədri Heydər Camal dekabr ayının 4-dən 5-nə keçən gecə vəfat edib. Politoloq Tofiq Abbasov deyir ki, bu, Azərbaycan üçün böyük bir itkidir: “Bu, böyük kədər və bərpaedilməz itkidir.O, hərtərəfli orijinal insan idi, heç kəsi təkrarlamırdı, onun təhlil bacarığı elə səviyyədə idi ki, hətta öz məktəbi vardı”.

“Onun öz oğlu Orxan Camal ilə polemikaya girməsi mənim xoşuma gəlirdi. Yəni ata və oğul fərqli düşünürdülər, onlar müxtəlif məsələlərə aid öz fikirləri olan fərdi şəxsiyyətlər idi. Buna görə də, Heydər Camalın ölümü Azərbaycanın, Avrasiya cəmiyyətinin, bütöv rus məktəbinin itkisidir. Mən bilmirəm, onun kimi ikinci belə insan olacaq ya yox, lakin düşünürəm ki, olmayacaq”.

Xəbər lenti
0