Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR 2021-ci ilə hazırlaşır

© Official website of President of Azerbaijan RepublicНовый головной офис SOCAR в Баку
Новый головной офис SOCAR в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
SOCAR-ın yeni qaz emalı və neft-kimya kompleksi 2021-ci ildə istifadəyə veriləcək.

BAKI, 9 dek-Sputnik. SOCAR-ın Qaradağ rayonu ərazisində inşa edəcəyi qaz emalı və neft-kimya kompleksi 2021-ci ildə istifadəyə veriləcək.

Sputnik xəbər verir ki, bu barədə layihəni həyata keçirəcək SOCAR-ın törəmə müəssisəsi "SOCAR GPC"nin məlumatında deyilir. Kompleks qaz emalı və neft-kimya zavodlarından ibarət olacaq. Qaz emalı zavodunun illik gücü 10 milyard kubmetr həcmində nəzərdə tutulub. Neft-kimya zavodu isə buxar krekinq, polimerizasiya bloku və digər qurğulardan ibarət olacaq. Zavodda ildə təxminən 600 min ton polietilen və 120 min ton propilen istehsalı nəzərdə tutulur. Propilen xam maddəsi polipropilen istehsalı üçün Sumqayıtda yerləşən "SOCAR Polymer"ə çatdırılacaq. Zavodda, həmçinin ildə 570 min ton etilen istehsalı da planlaşdırılır.

SOCAR - Sputnik Azərbaycan
SOCAR işçilərinin sayını açıqladı
Layihənin inkişaf mərhələsi 15-18 ay davam edəcək. Bu mərhələdə SOCAR mühəndislik işlərini, satınalma ilə bağlı danışıqları, tikinti və maliyyə məsələlərini yekunlaşdıracaq. Beləliklə, yekun investisiya qərarı üçün kifayət qədər məlumat olacaq. Yekun investisiya qərarı qəbul edildikdən sonra tikinti işlərinə başlanılacaq və bu işlər 48 ay davam edəcək. Zavodların 2021-ci ildə istismara verilməsi gözlənilir.

Maliyyələşdirmə planına görə, layihə birbaşa maliyyələşdirmə, Asiya və Avropa şirkətləri və institutlarını əhatə edən ixrac kredit agentliyi, kommersiya bankının vəsaitləri hesabına həyata keçiriləcək. Hazırda Mühəndislik, Satınalma və Tikinti (EPC) üzrə podratçı seçimi davam edir. Maliyyələşmənin 2017-ci ilin sonuna tamamlanması gözlənilir.

"ING Bank", Çin İnkişaf Bankı və "Gazprombank" birgə maliyyə məsləhətçiləri seçilib. "Vinson & Elkins" "SOCAR GPC"nin beynəlxalq hüquq məsləhətçisi, "PSG" hüquq firması isə Azərbaycanda hüquq məsləhətçisi xidməti göstərir.

Xəbər lenti
0