BAKI, 9 dek-Sputnik. Böyük Britaniyanın məşhur mühəndislik şirkəti, dünya nəhənglərindən sayılan "Atkins" Bakıda yeni ofisini açır.
Sputnik-in məlumatına görə, ofis regionda — Azərbaycan, Türkiyə və Gürcüstanda neft və qaz operatorlarının işini dəstəkləməyi planlaşdırır. Xəzər dənizində və ətrafında olan aktivlər xüsusi diqqət mərkəzində olacaq.
Şirkətin əsas məqsədi regiondakı müştərilərin daha da yaxından dəstəklənməsidir.
"Atkins"in Bakı meneceri Ceyms Told açıqlamasında Bakının Şərqlə Qərbin astanasında strateji mövqedə olduğunu və gələcəkdə şirkətin fəaliyyətinin Mərkəzi Asiyaya qədər genişləndirilməsində aparıcı rol oynayacağını bildirib. Qeyd edilib ki, Azərbaycan iqtisadiyyatında neft və qazdan asılılığını azaltmağı planlaşdıran ölkədir və bizim də qarşıdakı 5 və 10 illik məqsədimiz bu hədəfə nail olmaq üçün ona köməklik göstərməkdir.
Bu barədə Britaniya mətbuatında da məlumatlar öz əksini tapıb.