CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşayış minimumu 19 manat artırılır

© pixabay / 3dman_euBankomat
Bankomat - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir

BAKI, 8 dek — Sputnik. "2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, plenar iclasında çıxış edən, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, gələn il üçün yaşayış minimumunun 14% və ya 19 manat artırılacağını deyib.

Qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir. Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

Xəbər lenti
0