BAKI, 8 dek — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə görə, Almaniyada (69%), Fransada (55%) və İtaliyada (51%) əhalinin çox hissəsi, SSRİ dağıldıqdan sonra, ABŞ-ın dünya liderliyinin öhdəsindən gələ bilmədiyini düşünür. Sorğu Ifop şirkəti tərəfindən Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə həyata keçirilib.
"ABŞ SSRİ dağıldıqdan sonra dünya lideri rolunun öhdəsindən gələ bilibmi?" sualına almaniyalıların 24, fransalıların 35 və italiyalıların 42%-i müsbət cavab verib. Bununla yanaşı, 10% fransalı, 7% almaniyalı və 7% italiyalı sualı cavablandırmaqda çətinlik çəkib.
1991-ci ilin 8 dekabr tarixində SSRİ-nın ləğvi və MDB-nin yaradılması barədə Belovej razılığı imzalandı. O gün Belarus hökumətinin iqamətgahında Belarus, Rusiya və Ukrayna rəhbərləri Müstəqil Dövlətlər Birliyinin yaradılmasını elan ediblər.
Sorğu Fransanın Ifop şirkəti tərəfindən 2016-cı ilin iyulunda keçirilib. Sorğuda Fransada, Almaniyada və İtaliyada 18 yaşından yuxarı 3006 respondent iştirak edib. Ölkə üzrə maksimal səhv göstəricisi +/- 3,1% təşkil edir.
Sputnik.Rəy layihəsi haqqında
İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai soğu keçirən qocaman şirkətlərdən biri Ifop çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.