SSRİ-nin "fatihə"sinin verildiyi gün

© Sputnik / Y.Ivanov / Mediabanka keçid"Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında" bəyanatın imzalanması
Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında bəyanatın imzalanması - Sputnik Azərbaycan
Abunə olmaq
Məhz dekabrın 8-də Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında" bəyanat imzalayıblar.

BAKI, 8 dek — Sputnik. 1991-ci il dekabrın 8-də Belarusun Brest şəhəri yaxınlığındakı "Belovejskaya Puşşa" qoruğundakı "Viskuli" hökumət iqamətgahında Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında" bəyanat imzalayıblar.

Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib. Beləcə Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə üç həftə qalmış süqut etdi.

Slavyan üçlüyünün qərarına birinci olaraq Qazaxıstan qoşuldu, dekabrın 21-də isə Azərbaycan da daxil olmaqla keçmiş sovet respublikalarının rəhbərləri Almatıda toplanaraq MDB-nin təsis olunması barədə qərar qəbul etdilər. 

Xəbər lenti
0