Roma papası jurnalistləri "yıxıb-sürüdü"

© REUTERS / Remo CasilliPapa Fransisk
Papa Fransisk - Sputnik Azərbaycan
Abunə olmaq
Fransisk: "Saxta xəbərlər yayanlar nəcis yemə xəstəliyinə tutulublar"

BAKI, 8 dek — Sputnik. Roma papası Fransisk, yalan və böhtan xəbərlər hazırlayan, yayan jurnalistləri sərt tənqid edib. O, bu cür jurnalistlərin "nəcis yemə" xəstəliyinə tutulduğunu deyib. Sputnik bu barədə Türkiyə NTV-nə istinadən məlumat verir.

Papa özü haqqında da mətbuatda böhtan dolu xəbərlər yazıldığını söyləyərək, bu peşənin düşdüyü vəziyyətin onu narahat etdiyini bildirib: "Yalan və böhtan xəbər nəcis kimidir. Onu qəsdən hazırlayıb yayan da nəcis yemə xəstəliyinə tutulub. Saxta xəbərlər cəmiyyətə vurulan ən böyük və sağalmaz zərbədir", — Papa əlavə edib.

Xəbər lenti
0