CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt yollarında güclü tıxac yaranıb

Abunə olmaq
Qarlı hava şəraiti paytaxt sürücülərini çətin vəziyyətdə qoyub. Yolların buz bağlaması nəticəsində Bakının əsas küçələrində tıxaclar yaranıb.

BAKI, 8 dek — Sputnik. Qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakının əsas küçə və prospektlərində tıxac yaranıb. Bu barədə Sputnik-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, avtomobillərin yüksək sıxlığı ən çox Tbilisi, Ziya Bünyadov, Heydər Əliyev prospektlərində (və həmin istiqamətlərdə), Abdulvahab Salmanzadə və Yusif Səfərov küçələrində (və bu küçələr istiqamətində) qeydə alınıb.

Tıxacların aradan qaldırılması üçün zəruri tədbirlərini gördüyünü bildirən BNA yolların buz bağlaması səbəbindən sürücüləri ehtiyatlı olmağa çağırır.

Xəbər lenti
0