Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Məclis büdcə müzakirələrini yekunlaşdırdı

Abunə olmaq
Büdcə zərfinin dekabrın 16-da təsdiqlənməsi gözlənilir

BAKI, 8 dek — Sputnik. Milli Məclisin plenar iclası başa çatıb. Sputnik xəbər verir ki, iclasda "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, Milli Məclisin 2017-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası müzakirə edilib.

Qeyd edək ki, büdcə zərfinə daxil olan layihələrlə bağlı təkliflərlə baxmaq üçün hökumətə dekabrın 16-dək vaxt verilib. Parlamentin növbəti plenar iclası dekabrın 16-da keçiriləcək. Büdcə zərfinin dekabrın 16-da təsdiqlənməsi gözlənilir.

Xəbər lenti
0