İtaliyada siyasi zəlzələ davam edir

© REUTERS / Alessandro Bianchiİtaliya baş naziri Matteo Rentsi
İtaliya baş naziri Matteo Rentsi - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı əleyhinə kampaniyalar aparan ən məşhur müxalif siyasətçi hakimiyyətə gəlir

BAKI, 8 dek — Sputnik. İtaliya prezidenti Serco Mattarella baş nazir Matteo Rentsinin istefasını qəbul edib. Sputnik xəbər verir ki, M. Rentsinin istefasına səbəb konstitusiya islahatlarına dair keçirilən referendumun nəticələri olub.

Başının üstünə üzərində Avropa İttifaqından çıxmağa səs ver yazılmış Böyük Britaniya bayrağı qaldırmış London sakini - Sputnik Azərbaycan
Avropa İttifaqı sürətlə populyarlığını itirir

Belə ki, baş nazir Avropa İttifaqı ilə əlaqələri daha da sıxlaşdırmaq üçün konstitusiyada dəyişikliklər edilməsi üçün, partiyasının hazırladığı islahatlar paketini ümumxalq səsverməsinə çıxarmışdı. Lakin italiyalılar sözügedən layihənin əleyhinə səs verərək, Matteo Rentsinin istefa verməsini tələb ediblər.

Qeyd edək ki, M. Rentsinin özü də vəzifədə qalıb-qalmayacağına referendumun nəticələrinə görə qərar verəcəyini söyləmişdi. Hazırda boş qalan baş nazirlik postuna ən real namizəd "Beş ulduz" hərəkatının rəhbəri Beppe Grillodur.

​Beppe Grillo ölkəsində Avropa İttifaqı əleyhinə kampaniyalar aparan ən məşhur müxalif siyasətçi kimi tanınır. Onun erkən seçkilərdə qalib gələcəyinə əminlik yüksəkdir.

Xəbər lenti
0