CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Varlılar çox yaşayır, yoxsa kasıblar?

Abunə olmaq
Aparılan araşdırmanın nəticələri alimləri çox təəccübləndirib

BAKI, 8 dek — Sputnik. ABŞ-ın Şərqi Tenessi Universiteti (East Tennessee State University) alimləri insan həyatının uzunluğuna kasıblığın necə təsir etdiyini araşdırıblar.

Aparılan araşdırmanın nəticələri alimləri çox təəccübləndirib. Belə ki, Amerikada kasıblar varlılardan 7-10 il az yaşayır.

Sputnik Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın kasıb ştatlarında kişilər varlı ştatlarla müqayisədə 10 il, qadınlar isə 7 il az yaşayır. Kasıb ştatların əhalisi varlı ştatların əhalisi ilə müqaysədə 4,5 dəfə çox siqaret çəkir. Eynilə də piylənmədən əziyyət çəkənlər kasıb ştatlarda varlı ştatlara nisbətən 50% çoxdur.

Xəbər lenti
0