BAKI, 8 dek — Sputnik. Avropa İttifaqı Ukrayna və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.
Sputnik İndependent-ə istinadla xəbər verir ki, qurum bu barədə hazırlanan qanunu təsdiq edib.
Avropa Parlamenti və Avropa İttifaqı bununla bağlı şərt də irəli sürüb. Belə ki, razılığa əsasən, üçüncü ölkə Gürcüstana və Ukraynaya tətbiq edilən vizasız rejimdən sui-istifadə edərsə, o halda qərar qüvvədən düşəcək.