Suriyada daha 2 türk əsgəri şəhid oldu

© REUTERS / Abdalrhman Ismail / Mediabanka keçidSuriya, Əl-Bab
Suriya, Əl-Bab - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD terrorçularının türk əsgərlərin olduğu yerə bomba yüklü maşınla hücum etməsi nəticəsində 2 hərbçimiz şəhid olub, 6-sı yaralanıb

BAKI, 7 dek — Sputnik. Türk ordusunun Suriyanın şimalında başlatdığı "Fərat qalxanı" əməliyyatında iştirak edən hərbçilərindən ikisi Əl-Bab bölgəsində şəhid olub, 6 əsgər də ağır yaralanıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

"İŞİD terrorçularının türk əsgərlərin olduğu yerə bomba yüklü maşınla hücum etməsi nəticəsində 2 hərbçimiz şəhid olub, 6-sı yaralanıb. Azad Suriya Ordusunun isə bir neçə əsgəri yaralanıb", — bəyanatda qeyd olunur.

Xəbər lenti
0