BAKI, 7 dek — Sputnik. Sputnik-in Parisdəki ofisinin yaxınlığında şübhəli çanta tapılıb. Hadisə yerinə gələn fransız polisi şübhəli çantanı ehtiyatlı şəkildə partladıb.
© SputnikSputnik-in Paris ofisinin qarşısında tapılmış şübhəli əşya
![Sputnik-in Paris ofisinin qarşısında tapılmış şübhəli əşya Sputnik-in Paris ofisinin qarşısında tapılmış şübhəli əşya - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40799/72/407997278_0:0:1200:900_600x0_80_0_0_2798d73f1cf4afa71b6a12f839b270ce.jpg)
Sputnik-in Paris ofisinin qarşısında tapılmış şübhəli əşya
© Sputnik
Polis əraziyə gələnədək, şübhəli paketin olduğu küçə avtomobillərin gediş-gəlişi üçün qapadılıb. Hadisə şahidlərinin dediklərinə görə, şəxsiyyəti məlum olmayan bir nəfər Sputnik ofisinin yerləşdiyi küçəyə bel çantasını qoyaraq ərazidən uzaqlaşıb. Fransa polisi hadisə ilə əlaqədar istintaq işi başladıb.
© SputnikParisdə Sputnik Fransa informasiya agentliyinin redaksiyası yerləşən küçə
![Parisdə Sputnik Fransa informasiya agentliyinin redaksiyası yerləşən küçə Parisdə Sputnik Fransa informasiya agentliyinin redaksiyası yerləşən küçə - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40799/73/407997360_0:0:1200:900_600x0_80_0_0_4f83612e388304f21a6c4443bbaebf6f.jpg)
Parisdə Sputnik Fransa informasiya agentliyinin redaksiyası yerləşən küçə
© Sputnik
— Nathalie Novikova (@NovikovaSputnik) 7 декабря 2016 г.