BAKI, 7 dek — Sputnik. İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin səhhəti anidən pisləşib. Sabiq hökumət başçısı bu gün Milan şəhərindəki San Rafael xəstəxanasına yerləşdirilib. Sputnik xəbər verir ki, Berluskoniyə ürək ritminin pozulması diaqnozu qoyulub.
Xatırladaq ki, o, bu ilin iyununda ürək klapanının dəyişdirilməsi ilə bağlı əməliyyat keçirmişdi. Silvio Berluskoniyə siyasi həyatdan uzaq durmaq məsləhət görülüb.