BAKI, 7 dek — Sputnik. Bakıda daha bir yol müvəqqəti olaraq bağlanacaq. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
"Aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq 8 dekabr 2016-cı il tarixindən Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağından 2-si hərəkət üçün qısa müddətlik bağlanacaq", — o bildirib.
Qeyd edək ki, sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq. Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq.