Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov
"Mağazalar düzgün iş sistemi qurmayıb. Çünki zamin olduğu deyilən şəxsin nömrəsi ilə əlaqə saxlayıb, ondan razılıq alınmalıdır. Bunu etmirlər və həmin insan da xəbərsiz olur. Nəticədə problemlər ortaya çıxır", — deyə Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnikə bildirib. O, mağazaların düzgün iş sistemi qurmadıqlarını bildirib:
"Telefon nömrəsini vermək həmin insanın zamin olması demək deyil, adam özü gedərək zaminlik vərəqinə imza çəkilirsə, o zaman zamin ola bilər. Amma mağazanın sizə mal satmaması öz hüququdur. İstəmirsə və satmırsa, bu, onun hüququdur".