Ekspert: Deputatların büdcə ilə bağlı neqativ proqnozunda məntiq var

© Photo : UNECAnar Rzayev
Anar Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Rzayev: Büdcənin tərkibində sosial xərclərin artırılmasına baxmayaraq, büdcənin özündə artım baş verməyib.

Ekspert: Nəzərə almaq lazımdır ki, neftin qiymətində artım ola bilər
Büdcədən sosialyönümlü xərclərin keçən illə müqayisədə artırılmasını Sputnik-ə şərh edən iqtisadçı-ekspert Anar Rzayev deyib ki, bu artımlar büdcənin həcminin çoxaldığı anlamına gəlməməlidir: "Büdcənin tərkibində sosial xərclərin artırılmasına baxmayaraq, büdcənin özündə artım baş verməyib. Hazırda büdcəmiz əvvəlki illərə nisbətən kifayət qədər azalıb. Çünki bizim gəlirimiz neftdəndir. Neft qiymətləri isə hazırda istədiyimiz səviyyədə deyil. Ona görə də, deputatların gələn illə bağlı verdikləri neqativ proqnozda məntiq var".

"Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, neftin qiymətində artım ola bilər. Bu da vəziyyəti idarə eləmək üçün hökumətimizə kömək edə bilər", — ekspert bildirib. A. Rzayev, iqtisadi böhran olmasına baxmayaraq, müdafiə xərclərinin artırılmasını müsbət hesab edir: "Məsələyə təkcə hazırki iqtisadi durum fonunda baxmaq doğru deyil. Yerləşdiyimiz coğrafiyada bu gün yaşananlara diqqət yetirmək kifayətdir ki, hökumətin müdafiə xərclərini nə üçün artırdığını anlayaq. Problem təkcə Ermənistanla aramızda olan müharibədən getmir. Bölgəni cənginə alan İŞİD terrorunu, digər etnik-dini münaqişələri də gözardı edə bilmərik. Bu səbəblə də, büdcədən müdafiə üçün artırılan xərcləri düzgün qiymətləndirirəm".

Xəbər lenti
0