Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yolların təmiri ilə bağlı külli miqdarda "yeyinti" üzə çıxdı

© Sputnik / AzəryolservisYol təmiri
Yol təmiri - Sputnik Azərbaycan
Abunə olmaq
Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri açıqlanıb

BAKI, 7 dek — Sputnik. Hesablama Palatasının kollegiya iclasında, dövlət büdcəsindən 2013-2015-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub. Hesablama Palatasından Sputnik-ə verilən məlumata görə, hesabatda 2013-2015-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Həziabad kənd 360, Soltankənd kənd 180, Cəfərli kənd 180, Məmmədrzalı kənd 220 və İncilli kənd 180 şagird yerlik tam orta məktəblərinin tikintisi, Cəlilabad-Hamarqışlaq-Sadatlı, Qarazəncir-Qarakazımlı-Boyxanlı, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yollarının tikintisi və rayonunun abadlıq-quruculuq işləri üçün istifadə olunan ümumilikdə 41956,8 min manat vəsaitin auditlə əhatə olunduğu öz əksini tapıb.

Abşeron rayon İcra Hakimiyyəti - Sputnik Azərbaycan
HADİSƏ
Abşeron rayon İcra Hakimiyyətində ciddi qanun pozuntuları aşkarlanıb

Auditlə əhatə olunan dövrdə 4 kənddə tam orta məktəb üçün binalarıın tikilərək istismara verildiyi, Cəlilabad ilə 5 kəndi birləşdirilən və 8 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının tikintisi aparılıb, rayonun mərkəzində abadlıq-quruculuq işləri həyata keçirilsə də, bəzi nöqsanlara da yol verilib. Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il tarixli 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"n tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb, mövcud qaydaların tələblərinə əməl edilməyərək akt zalının, idman zalının, fizika, kimya laboratoriyalarının və kitabxananın sahəsi təsdiq olunan normalardan az layihələndirilib.

"Qüvvədə olan qaydaların tələbinə əməl olunmayaraq, sökülən köhnə məktəblərin yerində inşa olunsa da, yararsız hala düşmüş əsas vəsaitlərin yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək, həmçinin onların müəyyən olunmuş qaydada balansdan silinməsi üçün müvafiq ləğvetmə komissiyası yaradılmayıb, avtomobil yollarının istismara verilməsi haqqında tərtib edilmiş Dövlət Qəbul Komissiyasının tərkibinə aidiyyəti qurumların nümayəndələri daxil edilməyib", — Palatadan bildirilib.

Qeyd olunur ki, Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi zamanı trassanın keçdiyi yerlərə təbii-iqlim amillərinin təsiri öyrənilməyib, sürüşmə zonaları müəyyənləşdirilib geoloji müayinə işləri aparılmayıb, layihə-smeta sənədlərində avtomobillərin yol üzrə təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi mühəndisi tədbirlərin işlənməsi nəzərdə tutulmamış, Cəlilabad rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması çərçivəsində Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun başlanğıcında su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yolun 3,0 km-lik hissəsində (Məhəmməd Hadi küçəsi) asfalt beton örtüyü dağılıb, istismara qəbul edilən avtomobil yolları "Cəlilabad 56 saylı Yol İstismarı" MMC-nin balansına təhvil verilməyib.

"Qarazəncir-Qarakazımlı-Boyxanlı avtomobil yolunun tikintisi üzrə yol layihələndirilərkən yol tikilən ərazilərdə yaşayan insanların təsərrüfat fəaliyyəti, yaxınlıqda yerləşən müəssisələrin fəaliyyət növü, bazalara yük daşıyan nəqliyyat vasitələrinin tərkibi və yükgötürmə qabiliyyəti nəzərə alınmayıb, həmin ərazidə hərəkətin həcmi, tərkibi, yolun yük gərginliyi IV texniki dərəcəyə uyğun göstəricilərdən dəfələrlə yüksək olduğu üçün istismara verilməsindən az müddət keçməsinə baxmayaraq yol örtüyünün bəzi hissələrində dağılmalar, deformasiyalar əmələ gəlib, yolda nəqliyyat işinin əsas göstəricisi olan nəqlolunma surəti aşağı düşüb", — məlumatda əlvə olunur.

Bundan başqa, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi üzrə satınalmanın yekun protokolunda tender təkliflərinin müqayisəsi və qiymətləndirilməsinin nəticələri üzrə məlumat göstərilməyib, texniki təminat müddəti nəzərə alınmadan son ödəmə həyata keçirilib, obyektin tikintisi 2014-cü ilin avqust ayında başa çatmasına baxmayaraq istismara verilməsi haqqında tərtib olunan aktın aidiyyəti təşkilatlar tərəfindən imzalanması başa çatdırılmayıb.

Hesablama Palatasının Kollegiyası Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən yol verilmiş nöqsanların, əsasən audit zamanı aradan qaldırılması nəzərə alınmaqla, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi və bu istiqamətdə görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib. Qərarın surəti Cəlilabad Rayon İcra Hakimiyyətinə göndərilib, auditin nəticəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.

Xəbər lenti
0