Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qaçqınkomun sədri: Biz bu insanları müstəqil həyat tərzinə alışdırmalıyıq

© refugees-idps-committee.gov.azQaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi - qaçqınlarla görüş
Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi - qaçqınlarla görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Həsənov qaçqın və məcburi köçkünlərin statusunun ləğvi məsələsinə sərt reaksiya verib

BAKI, 7 dek — Sputnik. "Qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunmasına indiyədək 6,1 mlrd. manat vəsait sərf olunub".
Sputnik-in xəbərinə görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Milli Məclisin iclasında çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, bunlar həm dövlətin, həm Neft Fondunun vəsaitləri, həm də humanitar təşkilatlar tərəfindən ayrılan vəsaitlərdir.
Komitə sədri qeyd edib ki, hələ də 350 minə qədər məcburi köçkünün yeni qəsəbələrə köçürülməsinə ehtiyac var.

Baş nazirin müavini qeyd edib ki, Bakıda qaçqın və məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir.

 Fövqəladə Hallar Nazirliyi tərəfindən artıq 51 bina ilə bağlı rəy verilib. Bu binalarda hər an təhlükə baş verə bilər."Cənab prezident həmişə qaçqın və məcburi köçkünlərin problemlərinə çox ciddi yanaşaraq gündəlik bu problemlərlə məşğul olub. 9 aylıq sosial-iqtisadi yekunlarla bağlı keçirilən iclasda bu məsələ ilə bağlı məlumat vermişəm. Prezident 51 qəzalı binada yaşayan qaçqın və məcburi köçkünün problemini həll etmək istiqamətində maliyyə naziri və mənə tapşırıq verib. Büdcə müzakirələrdən sonra təkliflər hazırlayacaq və prezidentə təqdim edəcəyik." — deyə Əli Həsənov bildirib.

O, qeyd edib ki, bu dövrə qədər qaçqın və məcburi köçkünlərin hüquqları bir dəfə də pozulmayıb.

Ə.Həsənovun sözlərinə görə, son günlər qaçqın və məcburi köçkünlərə təzyiqlər artıb:

"Bunun səbəbini bilmirəm. Qaçqın və məcburi köçkünlər xalqın ən həssas təbəqəsidir. Status məsələsi dövlətin daxili işidir. Heç bir dövlət deyə bilməz ki, onlara niyə bu status verilib. Biz necə Ermənistan mətbuatını izləyirik, onlar da Azərbaycan mətbuatını izləyirlər. Sonra onlar deyəcəklər ki, Azərbaycanda vəziyyət belədir." Komitə sədri əlavə edib ki, "qaçqın və məcburi köçkünlərə edilən kömək onların torpaq həsrətini azalda bilməz".

Onun sözlərinə görə, məcburi köçkünlərlə bağlı yeni qərar qəbul olunacaq: "Bu qərarların qəbulu ölkədəki maliyyə çətinliyi ilə əlaqəsi yoxdur. Məqsəd bu insanları müstəqil həyat tərzinə uyğunlaşdırmaqdır. Biz bu insanları müstəqil həyat tərzinə alışdırmalıyıq. Sabah torpaqlar azad olunduqda, həmin insanlar öz yurdlarına qayıdacaqlar. İndidən adaptasiya prosesini keçməlidirlər".

Xəbər lenti
0