BAKI, 6 dek — Sputnik. Bərdə rayonu, Qasımbəyli kəndində tikinti materiallarının satışı bazarının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 276 m2 olan taxta satışı talvarının yanar konstruksiyaları 77 m2 sahədə və talvarın altına yığılmış taxta qırıntıları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, talvarın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tikinti materiallar bazarında yanğın
10:42 06.12.2016 (Yenilənib: 20:45 16.11.2021)
Abunə olmaq
Ümumi sahəsi 276 m2 olan taxta satışı talvarının yanar konstruksiyaları 77 m2 sahədə və talvarın altına yığılmış taxta qırıntıları yanıb